Yuxarı

Dedi ki, ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dedi ki, ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar...

Baş Dövlət Yol Polisi İdarəsi Göygöldə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

İdarənin şöbə rəisi, Rövşən Tağıyev Axar.az-a bildirib ki, 2 noyabr 2025-ci il, saat 23:40 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 371-ci kilometrində 27 yaşlı Elvin Məmmədovun idarə etdiyi “Mersedes-Benz” markalı avtomobil idarəetməni itirərək yolun sağ kənarındakı dəmir səddə çırpılıb və aşıb.

Nəticədə sürücü Elvin Məmmədov və avtomobildə olan 16 yaşlı İsmət Əliyev hadisə yerindəcə həyatını itirib, digər iki sərnişin - Sanan və Tunar isə ağır xəsarətlər alıb.

Rövşən Tağıyev qeyd edib ki, qəza anından əvvəl sərnişinlərdən biri sürücünü ehtiyatlı olmağa çağırıb:

“Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar... Yavaş sür!” Bu cümlə bir xəbərdarlıq idi, amma təəssüf ki, eşidilmədi. Və nəticədə bir neçə ailənin həyatı alt-üst oldu. Sükan arxasında edilən bir anlıq səhv bəzən bir ömrü deyil, bir neçə həyatı yarıda qoyur. Həyat heç bir ‘cəsarət nümayişi’ və ya ‘bacarıq sınağı’ üçün qurban verilə bilməz,” - deyə şöbə rəisi vurğulayıb.

O əlavə edib ki, bu cür hadisələr bir daha göstərir ki, yol nə zarafat yeri, nə də cəsarət meydanıdır:

"Hər kilometrin sonunda həyat dayanır – ya sağ, ya da itirilmiş halda. Heç bir sürət həyəcanı bir gəncin gülümsəməsinə əvəz etməz, heç bir ‘mən bacarıram’ sözü bir ananın göz yaşını silə bilməz".

Rövşən Tağıyev bir daha sürücülərə xatırladıb ki, sükan arxasında məsuliyyətli olun, sürət həddini aşmayın, təhlükəsiz məsafəni qoruyun və hər zaman ehtiyatla hərəkət edin:

"Unutmayaq ki, yollar insanları birləşdirmək üçün çəkilib - ayırmaq üçün yox".

Tarix
2025.11.04 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla