Yuxarı

Onlar daha sərt cəzalanmalı, rüşvət verən isə.. - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmiyyətdə koronavirusa görə gərginlik hər kəsə sirayət edir. Belə bir vəziyyətdə millət vəkillərinin demək istədiyi məsələlər var. Təkcə özlərinin deyil, həm də seçicilərinin qaldırdığı məsələlər. Bu mənada parlamentin iclasında 30 dəqiqəlik cari məsələlərin müzakirəsi olmayanda qanun layihələri bir kənarda qalır, çıxış edən deputatlar öz fikirlərini səsləndirirlər. Məncə, cari məsələlərin müzakirəsini bərpa etmək lazımdır ki, deputatlar onları və seçicilərini maraqlandıran məsələlər haqqında danışsınlar.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə Cinayət Məcəlləsinə edilən əlavələrin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” məsələsi müzakirə edilərkən çıxış etmək istəyib:

“Ancaq mən təkidlə söz istəyirdim, siz vermədiniz. Hesab edirəm ki, bizim nizamnaməyə görə, millət vəkili çıxış etməkdə təkid edirsə, ona şərait yaradılmalıdır”.

Bələdiyyələr haqqında danışan Q.Həsənquliyev deyib ki, məsələnin mahiyyətinə toxunulmayıb:

“Bələdiyyələrin statusu, maliyyə mənbələri azdır. Reklamı onların əlindən aldıq. Bələdiyyələrə vergilər ödənilmir. Fikrimcə, məsələnin mahiyyəti burdadır”.

Cinayət Məcəlləsinə dəyişikliklər barədə danışan deputat bildirib ki, cəmiyyətdəki müvafiq sahədə mövcud olan ictimai-siyasi münasibətləri tənzimləyən qanunlara diqqət etmək lazımdır:

"Ən əsası, cənab Prezidentin də çıxışı zamanı qeyd etdiyi kimi, rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsidir. Artıq bir çox vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Bəlli olub ki, onlar çoxlu sayda digər vəzifəli şəxslərdən rüşvət alıblar. Amma rüşvət verənlər cinayət məsuliyyətinə cəlb olunmur. Cinayət Məcəlləsində yazılır ki, rüşvət verən şəxs bu haqda məlumat verirsə, məsuliyyətdən azad olunur. Hesab edirəm ki, bu, normadan çıxarılmalıdır. Əks halda hamı düşünər ki, mən rüşvət verəcəyəm, əgər cinayətkar niyyətim baş tutmasa, gedib hüquq-mühafizə orqanlarına məlumat verəcəyəm, pulumu geri alacağam və məsuliyyətdən də azad olunacağam. Odur ki, bəzi hallarda vətəndaşlar vəzifəli şəxsləri də yoldan çıxarırlar. Düşünürəm ki, 312-ci maddəyə baxmalıyıq.

Digər mühüm məsələ 177-ci maddədir - "dələduzluq". Bizdə bir xeyli vətəndaşı dələduzlar aldadır ki, pul verin, iş görüm, qarşılığında sizə daha çox pul alacaqsınız. Və yaxud borc alıb qaytarmırlar. Bir çox hallarda hüquq-mühafizə orqanları dələduzluqla bağlı cinayət işi qaldırmırlar. Yəni bu kimi halların sayı çoxdur. Bunun üçün yazmalıyıq ki, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində bağlanmayan vədlərə görə cinayət təqibi qadağan edilir. Başqa sözlə, vətəndaşlar bilməlidir ki, borc müqaviləsini rəsmi şəkildə təsdiq etmirsə, gələcəkdə digər şəxsi cinayət hüququ qaydasında təqib etdirə bilməyəcək. Biz məsələlərə köklü yanaşmalıyıq ki, problemləri aradan qaldıra bilək.

Ədalət mühakiməsinin əleyhinə olan cinayətlər mövzusunu da diqqətə gətirmək istərdim. Mən əvvəllər də bu barədə məsələ qaldırmışam. Qanunsuz qətnamə, qərar və hökm çıxaran hakimə 300 manatdan 500 manata qədər cərimə və yaxud 3 ilə qədər azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulub. Düzdür, azadlıqdan mərhumetmə ilə bağlı ağırlaşdırıcı hal var. Əgər həmin şəxsə azadlıqdan mərhumetmə ilə bağlı hökm çıxarıbsa, bu halda cəza sərtləşdirilir. Bəs qətnamələrlə bağlı? Biz doğurdan da hakimlərin cinayət məsuliyyətini artırmasaq, heç kəs ölkəyə investisiya qoymayacaq. Hakim də bilir ki, uzaq başı məni 300 manat cərimə etsinlər. Amma burada söhbət böyük rüşvətdən gedir. Hesab edirəm ki, biz bu məsələyə də baxmalı, ədalət mühakiməsinin əleyhinə olan, xüsusilə hakimlərin qanunsuz qərar və qətnamə çıxarmalarına görə məsuliyyəti həddən artıq sərtləşdirməliyik. Ümumən komseptual baxımdan dəyişikliklər ediriksə, bu məsələləri nəzərə almalıyıq.

Qeyd edim ki, ötən dəfə həmkarım Erkin Qədirli bu məsələni qaldırdı. Mən də hesab edirəm ki, xuliqanlıq inzibati xəta hesab edilməlidir. Əgər xuliqanlıq zamanı silah və ya başqa vasitədən istifadə edilirsə, buna görə şəxs ayrılıqda cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Tarix
2020.04.17 / 16:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla