Yuxarı

Polis maşınını vuran nəşəli şəxsin avtoşluq - Videosu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis maşınını vuran nəşəli şəxsin avtoşluq - Videosu

19:46

Paytaxtda narkotik vasitənin təsiri ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Abşeron rayon sakini Əbülfət Məmmədov aprelin 16-da polisə şikayət edərək etibarnamə ilə idarə etdiyi BMV markalı 99 RG 740 dövlət qeydiyyat nişanlı minik avtomobilinin rayon ərazisindən qaçırılması barədə məlumat verib. Daxil olmuş məlumat əsasında həmin nəqliyyat vasitəsinin aprelin 17-də saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib. Dərhal ərazi üzrə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti inspektorları tərəfindən ona saxlama barədə işarəsi verilib. Lakin sürücü verilən işarəyə tabe olmayaraq köməyə gəlmiş post-patrul xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobili vuraraq şəhər istiqamətinə hərəkətini davam etdirib.

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təqibi davam etdirilən avtomobil daha sonra Nərimanov rayonu ərazisində hərəkətdə olan "Hunday" markalı 90 OH 051 dövlət qeydiyyat nişanlı digər bir avtomobili də vurub. Zərbə nəticəsində "Hunday" markalı avtomobil həmin ərazidə piyada xidmət aparan Yol Polisi Xidməti inspektorunu da vuraraq ona bədən xəsarəti yetirib. Görülmüş operativ tədbirlər nəticəsində qaçırılmış avtomobil Nərimanov rayonu, Montin qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma zamanı həmin avtomobili əvvəllər dəfələrlə məhkum olunmuş Ramazan Ağabəyovun idarə etdiyi məlum olub.

Qeyd edək ki, sürücü saxlanılan zaman üzərindəki kəsici alətlə Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına müqavimət göstərərək onlara hücum etməyə cəhd edib. Lakin polis əməkdaşlarının çevikliyi nəticəsində o, dərhal zərərsizləşdirilərək Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə təhvil verilib. Araşdırma zamanı R.Ağabəyovun qaçırdığı avtomobili istifadə etdiyi narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. R.Ağabəyovun paytaxt ərazisində törətdiyi ardıcıl qanun pozuntuları Təhlükəsiz Şəhər Kameraları vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2020.04.17 / 23:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla