Yuxarı

Nazirlik qazma məhlulu ilə bağlı araşdırmalara başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik qazma məhlulu ilə bağlı araşdırmalara başladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) qazma məhlulunun dənizə axıdılması ilə bağlı araşdırmalara başlayıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Xəzər dənizindəki BP-yə aid qazma platformalarından birindəki quyuda aparılan əməliyyat işləri zamanı qazma məhlulunun dənizə axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə BP şirkəti tərəfindən heç bir məlumat daxil olmayıb. Nazirlik öz mənbələrindən əldə etdiyi məlumatlar əsasında, məsələnin yerində araşdırılması məqsədilə təcili olaraq həmin əraziyə ekspedisiya təşkil edib, araşdırma tədbirlərinə başlanılıb.

Qeyd edək ki, ETSN belə halların baş verə biləcəyini nəzərə alaraq hələ 2002-2003-cü illərdən BP-yə və Azərbaycanda qazma işləri aparan təşkilatlara kimyəvi tərkibli qazma məhlullarından dəniz şəraitində istifadəni qadağan edib və əvəzində su tərkibli məhlulların istifadəsinə icazə verib. BP-yə məxsus sözügedən bu qazma qurğusunda da su tərkibli qazma məhlulundan istifadə edilir. Buna görə də əvvəlcədən ehtimal etmək olar ki, məhlulun dənizə axması ciddi ekoloji fəsadlara səbəb olmamalıdır.

Qısa zamanda araşdırmaların nəticələri məlum olacaq və əgər sözügedən ərazidə ətraf mühitə ziyan dəyməsi faktı müəyyən olunarsa, ziyanın həcmi hesablanacaq və qanunamüvafiq tədbirlər görüləcək. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

Tarix
2015.03.11 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla