Yuxarı

"AzerTelecom"dan internetin durumu ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"AzerTelecom"dan internetin durumu ilə bağlı açıqlama

"AzerTelecom" xüsusi karantin rejimində ölkəni dayanıqlı internet xidməti ilə təmin edir.

Axar.az xəbər verir ki, Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən koronavirus pandemiyası ilə əlaqəli ölkədə tətbiq olunan xüsusi karantin rejimi şəraitində internet rabitəsinin dayanıqlı və fasiləsiz şəkildə təqdim edilməsi istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir.

Son günlərdə, eləcə də hazırda “AzerTelecom” şirkətindən internet və digər telekommunikasiya xidmətlərini əldə edən bütün iri internet xidmət təminatçıları (ISP – internet service provider), eləcə də digər korporativ müştərilərə bu xidmətlərin göstərilməsində hər hansı bir problem müşahidə olunmur.

Şirkət mütəxəssisləri tərəfindən ölkəyə daxil olan əsas magistral kanalların dayanıqlılığına, eləcə də xidmətin təhlükəsiz şəraitdə çatdırılmasına 24/7 rejimində daim nəzarət edilir, müvafiq monitoriq tədbirləri və qiymətləndirmələr aparılır.

Hazırki koronavirus pandemiyası şəraitində dövlət və özəl sektor üzrə müxtəlif xidmətlərin onlayn rejimə keçməsi, rəqəmsal xidmətlərdən istifadənin genişlənməsi və bu səbəbdən də internet üzərindən ötürülən trafikin həcminin əvvəlki dövrlərə nisbətdə artmasını nəzərə alaraq şirkət tərəfindən provayderlərə təqdim olunan xidmətin dayanıqlılığının maksimum təminatı üçün bütün lazımi tədbirlər görülür. Həmçinin, şirkətin təqdim etdiyi internet rabitəsi xidmətinin fasiləsiz və dayanıqlı şəkildə təminatı üçün rezerv avadanlıqların daim işlək vəziyyətdə olmasına mütəmadi olaraq nəzarət edilir.

“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.

Tarix
2020.04.22 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla