Yuxarı

AŞ NK sədri kəlbəcərli əsirlər haqda söz verdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞ NK sədri kəlbəcərli əsirlər haqda söz verdi - Video

Hüquq müdafiəçisi Əhməd Şahidov Vyanada keçirilən tədbirdə Belçikanın Xarici İşlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri cənab Didier Reyndersə azərbaycanlı əsirlər haqqında kitab hədiyyə edib.

Axar.az xəbər verir ki, martın 12-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in mənzil qərargahında Belçikanın baş nazirinin müavini və xarici işlər naziri, eyni zamanda Avropa Şurası Nazirlər Komitəsinin sədri cənab Didier Reynders ilə görüş keçirilib. Görüşdə hüquq müdafiəçiləri, ictimai fəallar və mətbuat nümayəndələri də iştirak ediblər.

Hüquq müdafiəçisi Əhməd Şahidov Belçikanın Xarici İşlər naziri cənab Didier Reyndersə iki sual ünvanlayıb. "Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi?" sualına cavab olaraq, cənab Didier Reynders ATƏT coğrafiyasındakı bütün ölkələrin, həmçinin Azərbaycanın da ərazi bütövlüyünü dəstəklədiklərini açıq şəkildə bildirib və ATƏT-in Minsk Qrupunun bu istiqamətdəki fəaliyyətini mühüm hesab edib.

Daha sonra azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə məsələ qaldıran ADİHİ rəhbəri Əhməd Şahidov bu barədə Belçika hökumətinin nələr edə biləcəyini soruşub və Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşmüş 2000-ə yaxın azərbaycanlı əsirlər barədə qələmə alınmış "Bizi əsirlikdən qurtarın" adlı kitabı AŞ Nazirlər Komitəsinin sədrinə hədiyyə edib. Kitabla mütləq maraqlanacağını bildirən cənab Didier Reynders bu ilin aprel ayında Ermənistana səfər edəcəyini bildirib və azərbaycanlı əsirlər barədə Ermənistan tərəfi ilə danışıqlar aparacağına söz verib.

Tarix
2015.03.12 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış etdi

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla