Yuxarı

Postda saxlanılan maşının sərnişini narkotiki ataraq qaçdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 23-ü saat 21 radələrində COVİD-19 xüsusi karantin rejimi ilə əlaqədar Quba rayonunun Barlı kəndinin ərazisində quraşdırılmış postda Xaçmaz rayon sakini K.Bəkdəmirovun idarə etdiyi VAZ-21074 markalı avtomobil orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, yoxlama zamanı sürücünün narkotik maddənin təsiri altında olması müəyyən edilib.

Bu zaman avtomobildəki sərnişin düşərək əlindəki qutunu yolun kənarına atıb və qaçıb.

Polis əməkdaşları qutudan narkotik vasitə olan marixuana aşkar edərək götürüb.

K.Bəkdəmirovun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilib və o, 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2020.04.25 / 13:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla