Yuxarı

Bu gündən bu iş yerləri açılır - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gündən bu iş yerləri açılır - Siyahı

Bu gündən Azərbaycanda fəaliyyəti bərpa olunan iş və xidmət sahələri açıqlanıb.

Axar.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 24-də müvafiq qərar qəbul edib.

Qərara əsasən, COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Beləliklə, aşağıdakı iş və xidmət sahələrində fəaliyyət bərpa olunub:

● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

● kitab satışı

● qəzet satışı

● dəftərxana mallarının satışı

● çap və surətçıxarma fəaliyyəti

● fotoatelye/fotostudiyalar

● fərdi mənzillərdə təmizlik xidmətləri

● dərzi xidmətləri

● kosmetika və ətriyyat satışı

● geyim satışı

● ayaqqabı və dəri məmulatlarının satışı

● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

● mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri

● kompüter avadanlıqlarının satışı və təmiri

● elektronika və məişət texnikasının satışı

● mebel satışı

● avtomobil satışı

● kimyəvi məhsulların satışı

● gül və bitki məhsullarının satışı

● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

● gübrə və aqrokimyəvi məhsulların satışı.

Qeyd edək ki, bu gündən həmçinin ASAN Xidmət mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayıb.

Tarix
2020.04.27 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla