Yuxarı

Sıxlıq başladı: xəttə əlavə avtobuslar buraxılacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sıxlıq başladı: xəttə əlavə avtobuslar buraxılacaq?

Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən xüsusi karantin rejiminin yumşaldılmasından sonra avtobuslarda sıxlıq müşahidə edilir. Bu isə avtobusların sayının artırılması zərurətini gündəmə gətirib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, avtobusların sayının artırılması vəziyyəti daha çıxılmaz hala salacaq.

“İntervalın artmasına, avtobusların gecikməsinə səbəb olan amillər var. Son günlər nəqliyyatın hərəkətində də intensivlik yaranıb. Bu səbəbdən də yollarda sıxlıqlar yaranır. Təbii, bu hal gecikmələri şərtləndirir. Eyni zamanda, karantin rejimindən irəli gələrək yollarda yoxlanış postları qurulub. Səhər və axşam saatlarında müşahidə aparsanız, şahidi olarsınız ki, yaranan sıxlıqlarda xeyli sayda avtobus hərəkətsiz qalır. Hər postda ən azı 5 və ya daha çox - 10-15 avtobus qalırsa, bu artıq gecikmələrin qaçılmaz olması deməkdir. Ona görə də burada söhbət avtobusların azlığından gedə bilməz, yetərincə avtobus var. Bu cür sıxlıq halında xəttə əlavə avtobus çıxarsaq da, heç nə dəyişməyəcək. Əksinə, vəziyyət daha da pisləşəcək. Bir daha deyim ki, bütün avtobuslar daşımalara cəlb edilib”.

Tarix
2020.04.28 / 12:14
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla