Yuxarı

“Özlərini azğınlar kimi aparırlar”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Özlərini azğınlar kimi aparırlar”

"Ermənistan özünü azğın aparır".

Bunu Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib.

Ermənistanın Böyük Sülh Sazişi üzərində işləmək üçün işçi qrupunun yaradılması təklifindən imtina etməsinə münasibət bildirən V. Quluzadə bunu düşmən tərəfinin azğın həyasızlığından irəli gəldiyini bildirib.

"Böyük Sülh Sazişi üzərində işləmək üçün hansısa siyasi hadisənin baş verməsi lazımdır. Misal üçün, prezidentlər bu məsələdə razılığa gəlməlidir. Lakin belə bir razılıq yoxdur, yaxud Ermənistanı idarə edən Moskvanın mövqeyi dəyişməyib. Rusiya İrəvana göstəriş versə ki, Azərbaycanla bir masa arxasına keçib danışıqlar aparsın, bir ayın içində bu məsələ həll olunar", - deyə politoloq bildirib.

V. Quluzadə hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ümumiyyətlə həll olunmamasını istəyir: "Rusiya müharibə vəziyyətinin davam etməsini istəyir. Atəşkəsin pozulması davam edir, Ermənistan təxribat əməllərindən əl çəkmir, öz hərbçilərini Azərbaycan torpağından çıxarmır. Bu vəziyyət davam etdikcə, Böyük Sülh Sazişi söhbətləri mənasızdır. Rusiyadan güc alan Ermənistan azğın işğalçılığını davam etdirir. Qarabağ münaqişəsinin həll olunmasını istəyənlər Amerika-Rusiya qarşıdurmasında ikincinin məğlub olmasını arzu etməlidir".

Qeyd edək ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov dünən jurnalistlərə açıqlamasında Ermənistanın Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Böyük Sülh Sazişi üzərində işləmək üçün işçi qrupunun yaradılması təklifindən imtina etdiyini bildirib.

"Ermənistan tərəfinin son çıxışları imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların vəziyyəti ilə bağlı optimist olum. Ermənistan tərəfi aqressiv ritorika ilə məşğuldur. Bəlkə bu, daxili auditoriya üçündür. Azərbaycanın mövqeyi budur ki, qoşunlar nə qədər tez çıxsa, sülh sazişi o qədər tez imzalanacaq. Azərbaycan öz inkişafını davam etdirir. Qarsda TANAP layihəsinin təməli atıldı. Bu böyük layihə regionun inkişafı üçün önəmlidir. Ermənistan hansısa layihəyə qoşulmaq istəyirsə, bizim arqumentləri bilir: əsgərlərini işğal olunmuş torpaqlardan çıxarmalıdır", - deyə Azərbaycanın baş diplomatı vurğulayıb.

Tarix
2015.03.19 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla