Yuxarı

Koronavirusun bitəcəyi tarix... - Sədr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirusun bitəcəyi tarix... - Sədr

Yaxın günlərdə yeni modul tipli xəstəxanamız açılacaq və tibb işçilərimiz oraya cəlb ediləcək.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, bəzi tibb müəssisələrində simptomatik halların artımı müşahidə olunur:

"Yeni klinika"da 100-dən artıq koronavirus xəstəsinin müalicəsi aparılır. Eyni zamanda, 10 yeni laboratoriyanın qurulması planlaşdırılır. Bu bizim test aparma imkanlarımızı artıracaq".

O əlavə edib ki, ölkəmizdə aparılan test sayı yoluxma hallarının aşkar olunmasına adekvatdır:

"Vətəndaşların müəyyən edilən qaydalara riayət etmələri testlərin sayından daha önəmlidir. Bu günə qədər aparılan testlərin 1,3 faizi pozitiv çıxıb. Ola bilər ki, testlərin sayında azalma aparılsın.

Eyni zamanda, gələn aydan seroloji testlər aparılacaq. Bu testlər orqanizmin fərdi immun cavabının necə olduğunu göstərəcək. Koronavirusa qarşı yaranan anticisimlərin davamlılığının nə qədər olduğu müəyyən olunacaq. Bu testlər Ağciyərlər İnstitutunda vəziyyəti ağır olan xəstələrin üzərində də tətbiq olunacaq. Bu, bizə koronavirusun daha əvvəl ölkəmizdə olub-olmadığını müəyyən etməyə kömək edəcək".

R.Bayramlı əlavə edib ki, xaricdən ölkəmizə vətəndaşların gətirilməsi davam edir:

"Bu həftə ərzində 600 nəfər Almaniya, Polşa və Belarusdan ölkəmizə gətirilib. Bir təyyarədə gələnlərin 30 faizində yoluxma qeydə alınıb və bu səbəbdən təyyarədə olanlar karantinə alınıb. Hazırda dünyada virusun nə vaxt bitəcəyi bilinmir. Virusla mübarizənin nə qədər davam edəcəyini bilmədiyimiz üçün virusla yaşamağı öyrənməliyik".

Tarix
2020.05.22 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla