Yuxarı

Bu bankların kreditorlarının nəzərinə: İflas proseduru...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu bankların kreditorlarının nəzərinə: İflas proseduru...

Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

Bu barədə Axar.az-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bu bankların ləğvedicisi təyin edilib.

Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC-nin kreditorlardan xahiş olunur ki, 2 iyun 2020-ci il tarixindən kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)

Qaynar xətt: 135

Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 932

Kreditor tələblərin qeydiyyatı 15 iyul 2020-ci il tarixinədək aparılacaq.

Qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların 16 iyun 2020-ci il tarixindən ödənilməsi nəzərdə tutulur. Kompensasiyaların ödənişi ilə bağlı tələb olunan sənədlər və prosedurlar barədə əlavə məlumat veriləcəkdir.

Tarix
2020.05.22 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Elgiz və Tolikin verilişi bağlandı - İddia

Xameneinin ölüm xəbəri: İranın məqsədi nədir?

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla