Yuxarı

Türk konsul deputatla Tovuzda: 150 ailəyə yardım - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk konsul deputatla Tovuzda: 150 ailəyə yardım - Foto

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə TİKA Tovuz rayonunda 150 aztəminatlı ailəyə bayram sovqatı göndərib.

Axar.az xəbər verir ki, TİKA-nın bayram sovqatlarını Tovuz rayonuna gətirən qardaş Türkiyənin Gəncə şəhərindəki baş konsulu Zəki Öztürk və xanımı Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və millət vəkili Q.Paşayeva ilə görüşüblər.

Baş konsul Zəki Öztürk Tovuza səfər etməkdən məmnunluğunu dilə gətirib və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.

Millət vəkili Qənirə Paşayeva Zəki Öztürkə işğalçı Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonu ilə bağlı geniş məlumat verib. Tovuz rayonunun qardaş Türkiyənin paytaxtı Ankaranın Keçiörən bələdiyyəsi ilə qardaşlaşmış bölgələr olduğunu vurğulayan millət vəkili əməkdaşlığın genişlənməsi üçün potensial olduğunu deyib.

Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov da rayonun iqtisadi potensialından danışıb, investisiyaların cəlbi üçün geniş imkanlar olduğunu deyib.

Baş konsulu Zəki Öztürk Tovuz rayonunda ortaq layihələrin həyata keçirilməsi istiqamətində səylərini və dəstəyini əsirgəməyəcəyini deyib.

Zəki Öztürk, rayon icra başçısı Məmməd Məmmədov və millət vəkili Qənirə Paşayeva Tovuzda fəaliyyətə başlayan ASAN Xidməti, Aşıq Hüseyn Bozalqanlı adına muzeyi, Dövlət Rəmzləri muzeyini və rayonun bir sıra yerlərini ziyarət edib, görülən işlərlə yaxından tanış olub, yaxın gələcəkdə həyata keçiriləcək bir sıra təkliflər və layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Daha sonra Tovuz rayonunda 150 aztəminatlı ailəyə Ramazan bayramı sovqatları təqdim olunub. Eyni zamanda onlarla COVİD-19-dan qorunmaq üçün maarifləndirici söhbətlər aparılıb və millət vəkili Qənirə Paşayeva tərəfindən qoruyucu maskalar hədiyyə edilib.

Tarix
2020.05.24 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Türkiyə nümayəndələri ilə görüşdü

Gürcüstan sözünü tutdu: TIR-larımızla bağlı yeni xəbər

Azərbaycan sərhədində yanğın: 1 xilasedici öldü, 4-ü yaralandı

Ceyhun Bayramov italiyalı spikerlə görüşdü

Ceyhun Bayramov Roma Papası ilə görüşdü

Xələf Xələfov Ərdoğanın baş müşaviri ilə görüşdü

Ən aktiv ikinci ordu: Azərbaycanda da hərbçiləri var..

ABŞ bu qurumu ləğv edir - Türkiyə üçün təhlükə

Bakıda SSRİ bayrağı qaldıranlar barədə qərar verildi

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla