Yuxarı

İcra başçısı karantinə alındı: Açıqlama - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı karantinə alındı: Açıqlama - Video

13:44

Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

***

Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tahir Məmmədov AzTV-nin efirinə canlı bağlantı ilə qoşularaq, İH-nin bir əməkdaşının koronavirusla bağlı verdiyi testinin nəticəsinin müsbət çıxdığını təsdiqləyib:

“Mütəmadi olaraq bütün digər rayonlar kimi Şamaxıda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bir sıra tədbirlər görülür. O cümlədən mütəmadi testlər verilir. Növbəti testlərin birində əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər bütün əməkdaşlar, o cümlədən mən özüm də hazırda sosial izolyasiya rejimində öz işimizi davam etdiririk. Daha çox onlayn bağlantı vasitəsilə, heç kimlə təmasda olmamaq şərtilə fəaliyyətimizi davam etdiririk”.

Tarix
2020.05.25 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla