Yuxarı

Qadın sürücü çempion polisi xəstəxanalıq etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadın sürücü çempion polisi xəstəxanalıq etdi - Foto

Azərbaycanda tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb.

Axar.az Criminal.az-a istinadla xəbər verir ki, əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonu 31-ci Polis Bölməsi əməkdaşı olan K.Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda "Audi" markalı maşını idarə edən qadını icazə sənədi olub-olmamasını yoxlamaq üçün saxlamaq istəyərkən sürücü qadın avtomobili K.Şərifovun üstünə sürüb. Qaçmağa çalışarkən avtomobil Kamilin sol ayağının üstündən keçib. Xəstəxanada müayinə zamanı məlum olub ki, ayağında vətərlər qopub.

Hazırda prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, K.Şərifov 2015-ci ildə də Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində növbə zamanı 5 nəfərlik cinayətkar qrupu zərərsizləşdirərkən 3 bıçaq yarası almışdı.

Tarix
2020.05.27 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla