Yuxarı

Şirkətin "30 dəqiqəyə çatdırılma"sı can alır? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirkətin "30 dəqiqəyə çatdırılma"sı can alır? - Açıqlama

Sosial şəbəkələrdə “Dominos Pizza Azərbaycan” şirkətinin sürücüsü İmanov Samir Elşad oğlunun qəzaya düşməsi barədə məlumat yayılıb. Bildirilir ki, şirkətin əməkdaşı “30 dəqiqəyə çatdırılma” kampaniyasına görə sürət həddini aşdığı üçün qəza törədib və vəziyyəti ağırdır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən şirkətin marketinq və satış şöbəsinin rəhbəri Aynurə Seyidova bildirib ki, yayılan məlumatlar əsassızdır:

“Samir İmanov Xırdalanda təmir gedən yolda qəzaya düşüb. Qarşıdan sürücü gələn zaman Samir motosikletini sağa çəkəndə dizindən kiçik xəsarət alıb. Şirkətin meneceri əməkdaşımızı yoxlanış üçün xəstəxanaya aparıb. Sürücünün “30 dəqiqəyə çatdırılma” kampaniyasına görə sürət həddini aşaraq, qəza törətməsi yalan məlumatdır. Bir çox şirkətlər məhsullarını motosikletlə çatdırır və bəzən qəzalar qaçılmaz olur. Biz bu kampaniya ilə bağlı ictimaiyyətə kifayət qədər açıqlama vermişik. Kampaniya pis hava şəraitində keçərli deyil və pis hava şəraiti müşahidə olunan zaman kuryerlərimizi asta və təhlükəsiz sürməklə bağlı ciddi təlimatlandırırıq. Çatdırılmada gecikmə olan zaman müştəriyə verilən hədiyyə pizzaya görə əməkdaşımız heç bir maddi məsuliyyət daşımır”.

Şirkət nümayəndəsi onu da bildirib ki, bu cür məlumatlar qərəzli olaraq paylaşılır və onlar haqqında hüquqi platformada lazımi tədbirlər görüləcək.

Qeyd edək ki, bir müddət əvvəl şirkətin başqa bir sürücüsü Ülvi Məmmədov yol qəzasında dünyasını dəyişmişdi. Bu qəzadan sonra sosial şəbəkələrdə sürücünün “30 dəqiqəyə çatdırılma” kampaniyasına görə qəzaya düşdüyü bildirilmişdi.

Tarix
2020.05.27 / 17:03
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla