Yuxarı

Azərbaycanda koronavirusla bağlı yeni sistem yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda koronavirusla bağlı yeni sistem yaradıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində www.koronavirusinfo.az saytında “Qaydalar hamı üçün eynidir” sistemi yaradılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, layihənin məqsədi pandemiya dövründə xüsusi sanitar rejimi tətbiq edilən fəaliyyət sahələri və istiqamətlərdə qaydalara əməl olunmasına ictimai nəzarəti gücləndirməkdir.

Vətəndaşlar qida məshullarının ticarəti, ictimai-iaşə müəssisələri, turizm və otelçilik, ictimai nəqliyyat, vətəndaşların qəbulunu həyata keçirən qurumlar, müxtəlif ticarət, xidmət sahələri və ofislərin fəaliyyətində, eləcə də digər istiqamətlərdə aşkar olunan qayda pozuntuları barədə məlumatları portaldakı Votsap nömrəsi (+99451 206 55 72) vasitəsilə göndərə bilərlər. Məlumatlara eyni zamanda qayda pozuntusunu təsdiq edən fotoşəkillər əlavə olunmalıdır.

Bununla vətəndaşlar karantin rejimi dövründə müvafiq qurumları zamanında məlumatlandıraraq, ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasına ictimai dəstək göstərmiş olacaqlar.

Qayda pozuntuları barədə məlumatlar, məlumat verən şəxsin anonimliyi qorunmaqla, portalda, eləcə də kütləvi informasiya vasitələrində yayımlanaraq ictimai qınaq təmin ediləcək. Eyni zamanda qayda pozuntusu törətmiş şəxslər qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Koronavirus (COVID-19) infeksiyasının profilaktikası və yayılmasının qarşısının alınması ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müxtəlif fəaliyyət sahələrini tənzimləyən metodiki göstərişləri ilə www.koronavirusinfo.az saytında tanış olmaq mümkündür.

Tarix
2020.05.29 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla