Yuxarı

ABŞ-da 350 vətəndaşımız qaldı: reys niyə ləğv edildi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da 350 vətəndaşımız qaldı: reys niyə ləğv edildi?

ABŞ-da yaşayan və koronavirus səbəbindən ölkəyə geri qayıda bilməyən vətəndaşlarımız onlar üçün çarter reyslərinin təşkil olunmamasından şikayət edir.

Bununla bağlı Axar.az-a müraciət edən vətəndaşlarımız bildirib ki, 350-dən çox şəxs geri qayıtmaq üçün qeydiyyatdan keçsə də, Azərbaycan tərəfinin rəsmi qurumları onların müraciətini cavabsız qoyub. Vətəndaşlarımız qeyd edirlər ki, mayın 29-na planlaşdırılan çarter reysi də naməlum səbəbdən təxirə salınıb və ABŞ-dakı səfirlikdən onlara bu reyslərin olmayacağı barədə məlumat verilib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, çarter reysləri ilə bağlı müvafiq qərarı hökumət verir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva isə bildirib ki, ABŞ-da olan vətəndaşlarımızın geri qaytarılması məsələsini hökumət nəzərdən keçirir:

“Məlum olduğu kimi, vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı hökumət tərəfindən tədbirlər həyata keçirilir. ABŞ-dakı vətəndaşların qaytarılması məsələsi də aidiyyəti üzrə nəzərdən keçirilir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində qurumun mətbuat katibi İbrahim Məmmədov ABŞ-dan çarter reyslərinin nəzərdə tutulduğunu, bu barədə səfirliyin həmin şəxslərə məlumat verəcəyini deyib.

Tarix
2020.05.29 / 22:48
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla