Yuxarı

Ermənilərin bu həyasızlığı bizi düşündürməlidir – Rüstəmxanlı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin bu həyasızlığı bizi düşündürməlidir – Rüstəmxanlı

Pandemiya ilə əlaqədar onlayn dərslər keçirilir. Amma bizə çatan məlumatlara görə, bu dərslər şagirdlərin 25-30 faizini əhatə edə bilir. Bir çox rayon və kənddə internet zəif olduğu üçün şagirdlərin onlayn dərslərdə iştirakı mümkün olmur.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib.

S.Rüstəmxanlı bu məsələnin həll edilməsi üçün müvafiq addım atılmasını vacib sayıb:

“Nazirlər Kabinetindən xahiş edirik ki, bu məsələyə diqqət ayırsın”.

Çıxışında Qarabağ məsələsinə toxunan deputat bunun milli məsələ olduğunu vurğulayıb:

“Bu, heç kimin inhisarında olacaq məsələ deyil. Vaxt keçir, təəssüflər olsun ki, problem həll edilmir. Millətin tarixi keçmişi, gələcəyi bununla bağlıdır. Bu, millətin mövzusudur. Hesab edirəm ki, erməni tərəfinin həyasızlığı, bu reallıqla dünyanı barışdırmaq cəhdləri bizi düşündürməlidir. Təklif edirəm ki, ildə 1 və ya 2 dəfə Milli Məclisdə müəyyən görüşlər keçirilsin, müvafiq nazirlik və qurumların nümayəndələri parlamentə gələrək, bu mövzu ətrafında təşkil edilən müzakirələrə qatılsın”.

Tarix
2020.06.01 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla