Yuxarı

Masallıda bu ev nəzarətə götürüldü - 17 ilan...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masallıda bu ev nəzarətə götürüldü - 17 ilan...

Masallı rayonunun Rüdəkənar kəndində ilanların öldürüldüyü ev nəzarətə götürülüb.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov deyib.

O bildirib ki, evdə öldürülən ilanlar kənardan gəlməyib:

"İlanlar adətən torpaqda yuva qurur. Bu ev də köhnə torpaq tikili olduğuna görə ilanlar divardan və yerdən çıxır. Həmin ev bir otaqdır. Ola bilsin ki, bir müddət evdə yaşayış olmadığından ilanlar orada yuva qurub".

A.Məmmədov bildirib ki, hadisə barədə məlumat daxil olan kimi ev nəzarətə götürülüb:

"Hadisə yerinə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları cəlb edilib, ev dezinfeksiya olunub, əraziyə lazımi dərmanlar səpilib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Artıq həmin ev təhlükəsizdir və ailə mənzildə yaşayır. Fövqəladə Hallar Nazirliyi evin vəziyyətinə baxıb qərar verməlidir".

Xatırladaq ki, Masallı rayonunun Rüdəkənar kənd sakini İlham Əkbərova məxsus evdə 17 ilan öldürülüb.

Tarix
2020.06.02 / 12:07
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla