Yuxarı

Gömrük Akademiyasında yeni ixtisaslara qəbul başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul başladı

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2020/2021-ci tədris ilindən başlayaraq “Beynəlxalq ticarət və logistika” ixtisasına qəbul aparılacaq. Bununla da Akademiyada bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı dördə çatacaq. Belə ki, Akademiyada növbəti tədris ilindən etibarən I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, həmçinin “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçiriləcək.

Axar.az xəbər verir ki, Akademiyada magistratura səviyyəsində dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşması ilə yanaşı, hüquqşünaslıq istiqaməti üzrə 2020/2021-ci tədris ilindən etibarən “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşmasına da tələbə qəbulu aparılacaq.

Xatırladaq ki, Akademiyada I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi” ixtisasına 2019/2020-ci tədris ilindən başlayaraq qəbul aparılır. Eyni zamanda, 2019/2020-ci tədris ilindən etibarən Akademiyada magistratura səviyyəsinə də qəbul həyata keçirilir.

Tarix
2020.06.02 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla