Yuxarı

Yoluxma sayı bizim üçün böyükdür - Ramin Bayramlı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günədək 3665 yeni yoluxma faktı qeydə alınıb və bu say bizim üçün kifayət qədər böyükdür.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Biz bildirmişdik ki, kifayət qədər çarpayı fondumuz var, yeni modul tipli xəstəxanalar açılır. Bu günədək ciddi nailiyyətlər əldə olunub. Əldə edilən nailiyyətlərlə biz epidemiyanın sonrakı mərhələsinə keçidlə bağlı qərarlar qəbul etmişik", - o bildirib.

R.Bayramlı qeyd edib ki, biz hazırda pandemiyanın ikinci mərhələsindəyik:

"Operativ Qərargah mərhələli şəkildə yumşalmaya getdi. Əldə edilən epidemik nailiyyətlər yumşalma və sosial iqtisadi göstəriciləri nəzərə alaraq, bizdə inam yaratdı. İnsanların həmrəy olmaları bizim nailiyyətlərimizə təsir etdi. ÜST başda olmaqla, beynəlxalq təşkilatlarla, mütəxəssislərlə təmasda olduq. Laboratoriyalar və digər avadanlıqlarla xəstəxanalarımız tam təchiz edilib".

Onun sözlərinə görə, bu gün koronavirusla bağlı konkret müalicə üsulu yoxdur:

"Biz normal həyata birdən-birə dönəcəyimizi düşünməməliyik. Yaxın gələcəkdə virusun vaksininin tapılması barədə hər hansı bir fakt yoxdur. Biz bu rejimdən tədricən çıxmalı və bütün qaydalara əməl etməliyik".

O əlavə edib ki, koronavirusla mübarizədə bütün sahələrə aid metodik tövsiyələr hazırlanıb:

"Bunlar vətəndaşlara xidmət göstərən müvafiq sahələrə çatdırılıb. Eyni zamanda, müxtəlif elektron maarifləndirmə materialları hazırlanıb. İctimai yerlərdə metodiki tövsiyələrdəki qaydalar insanlara çatdırılıb".

Tarix
2020.06.03 / 19:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla