Yuxarı

Polisi vurub qaçan şəxs narkotacir çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisi vurub qaçan şəxs narkotacir çıxdı

Astarada polisə tabeçilik göstərməyən şəxsin avtomobilindən və evindən külli miqdarda narkotik və silah-sursat götürülüb.

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 30-da saat 12 radələrində Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan "Kia" markalı avtomobilin sürücüsü Seymur Əliyevdən sənədlərini təqdim etməsini istəyib.

Tabeçilik göstərməyən S.Əliyev avtomobili hərəkətə gətirib. A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra maşından düşərək hadisə yerini tərk edib.

S.Əliyevin avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.

Tarix
2015.03.31 / 13:31
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla