Yuxarı

Şeyxə Fəxri Fərman verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşukur Paşazadə YUNESKO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (YUNİTVİN) Fəxri Fərmanına layiq görülüb.

Bu barədə Report-a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Qafqaz müsəlmanlarının dini lideri fəxri fərmanla "mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı işinə verdiyi böyük töhfəyə, habelə YUNESKO kafedrası nəzdində Şimali Qafqazın mənəvi ənənələrinin, onların mədəni özəlliklərinin korporativ tədqiqi üzrə bölmənin yaradılmasına göstərdiyi konstruktiv dəstəyə görə" təltif olunub.

Qeyd edək ki, martın 25-də Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində "Dərbənd – üç dinin şəhəri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Qafqaz Müsəlmanları İdarəsini QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və idarənin səlahiyyətli nümayəndəsi Surxay Məmmədli təmsil ediblər. Şeyxülislam Allahşükür Paşazadənin Konfrans iştirakçılarına müraciət məktubunu oxuyan Müfti S.Musayev Qafqazın dini liderinin xeyir-dualarını Dərbənd əhalisinə yetirib. Dərbənd şəhərinin Cümə məscidinin icması ilə görüş keçirilib. İcmanın sədri Seyidyəhya Seyidov Şeyxülislam A. Paşazadəyə səmimi salamlarını və xeyir-dualarını yetirməyi xahiş edib.

Beynəlxalq Konfrans çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşukur Paşazadə YUNESKO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (YUNİTVİN) Fəxri Fərmanına layiq görülüb

Tarix
2015.03.31 / 15:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla