Yuxarı

Hər tərəfə fasiləsiz və pulsuz danış - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"044" şəbəkə kodun 210, 211 və 212 prefiksləri ilə başlayan nömrə istifadəçiləri aylıq 15 manat abunə haqqı ödəməklə bütün ölkə üzrə pulsuz danışa biləcək".

Bu sözləri Axar.az-a "Aztelekom" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Elmar Hüseynov Azərbaycanda yeni istismara verilən "044" telefon nömrələrinin üstünlüklərindən danışarkən bildirib.

Belə ki, "044" şəbəkə kodlu 210, 211 və 212 refiksləri ilə başlayan nömrələrə aylıq cəmi 15 manat abunə haqqı tətbiq edilir:

"Bu tarif paketinin müəyyən üstünlükləri var ki, abunəçilərə bu tarifdən istifadə etmək olduqca sərf edəcək. Bütün respublika üzrə "044" şəbəkə kodu istifadəçiləri üçün bütün zənglər pulsuzdur. Yəni bu tarif istifadəçisi aylıq 15 manat abunə haqqı ödəməklə bütün ölkə üzrə havayı danışa biləcək. Bu tarifdə heç bir limit tətbiq edilməyib. Tarif istifadəçisi aylıq 15 manat ödəməklə fasiləsiz olaraq istədiyi bölgə ilə danışa bilər.

Sadəcə, sizə daxil olan zənglər pulludur. Yəni bu tarif istifadəçilərinə gələn zənglər abunəçinin özü hesabına ödənilir. "044" şəbəkə kodu istifadəçiləri isə istədikləri bölgə, şəhər, ucqar kəndlə havayı danışa biləcəklər".

Mətbuat xidmətindən onu da bildirdilər ki, "044" şəbəkə kodunun tətbiqi ilə yeni telefon nömrələrinin satışı respublikanın bütün ərazisində həyata keçirilir.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) CDMA simsiz rabitə ilə "044" şəbəkə kodunu tətbiq etməklə yeni telefon nömrələrini istismara verib. Nömrələr 210, 211 və 212 (məsələn, 210-xx-xx, 211-xx-xx və 212-xx-xx) rəqəmləri ilə başlayır.

Simsiz telefonları rabitə operatorlarının satış şöbələrində və telekommunikasiya qovşaqlarında əldə etmək olar.

Tarix
2015.03.31 / 17:42
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla