Yuxarı

Bakı sakini güllələnərək öldürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı sakini güllələnərək öldürüldü

Bakının Suraxanı rayonu Pirallahı qəsəbəsində ölümlə nəticələnən güllələnmə hadisəsi baş verib.

Ans press-in məlumatına görə, qəsəbənin "Xasaxuna bağları" adlanan ərazisində yaşayan Şahverdiyev Zəfər Çıraq oğlu güllələnib. Qarın nahiyəsindən ağır yaralanan Zəfər Şahverdiyev qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılan zaman yolda keçinib.

Hadisədən sonra bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə cəlb olunan polis əməkdaşları gələrək araşdırmalara başlayıblar. Hələlik qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.

Hadisə ilə bağlı Pirallahı polis şöbəsində başlanan araşdırmalardan sonra isə qətlin təfərrüatlarına aydınlıq gətriləcək.

Tarix
2015.04.01 / 09:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla