Yuxarı

Korona təsiri: əhalinin sayı azala bilərmi? - Sosioloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az sosioloq Əhməd Qəşəmoğlunun pandemiya səbəbindən ölkəmizdə demoqrafik böhranın yaşanması ehtimalı və il ərzində doğulan körpələrin cins nisbəti haqda müsahibəsini təqdim edir:

- Koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi, dünyada təbii artım və ölüm dinamikasına da təsir göstərib. Ölkəmiz də demoqrafik böhranla üzləşə bilərikmi?

- Şübhəsiz, koronavirus pandemiyası çox ciddi və ölümcül təsirlərə malik bir virusdur. Bu virusun yayılma tezliyi və ölüm hallarının yüksək olması, yoluxma riskinə görə valideynlərin uşaq istəməməsi ölkələrin demoqrafik vəziyyətinə təsirsiz ötüşmür. Lakin demoqrafik böhran təkcə pandemiya ilə əlaqədar deyil. Məsələn, Rusiyada bu hal uzun illərdir mövcuddur. Yəni ölkədə artım kifayət qədər azdır. Koronavirusa yoluxanlar və ölənləri də nəzərə alsaq, az artımın olduğu ölkənin demoqrafik böhranla üzləşməsi normaldır. Azərbaycanın pandemiya səbəbindən demoqrafik böhranla üzləşəcəyinə inanmıram. Hətta qəribə bir təzad da olsa deyim ki, pandemiya müddətində ölkəmizdə ölüm nisbəti kəskin aşağı düşüb. Çünki ölkədə ən çox ölüm halları avtomobil qəzaları və ya yol hərəkət qaydalarının pozulması zamanı baş verirdi. Hazırda mövcud pandemiya və sərt karantin qaydaları səbəbindən insanlar evlərindən çölə çıxmır və ya nadir hallarda çıxır. Nəqliyyat vasitələrinin sıxlığının azalması, hətta bəzi günlər tam məhdudlaşdırılması ölkədə qəzaların və təbii ki, bu qəzalar zamanı həlak olanların sayında ciddi bir azalma yaşadıb. Yəni ölkəmizi mövcud pandemiyanın bu və ya digər təsirlərindən demoqrafik böhran gözləmir.

- Pandemiyanın doğulan uşaqların cins nisbətinə hər hansı bir təsiri varmı?

- Ölkəmizdə doğulan qız və oğlan uşaqlarının balansının pozulması illərdir davam edən bir tendensiyadır. Cari ilin artım dinamikasında doğulan oğlan uşaqları qız uşaqlarını hər zaman 5 faiz nisbətində qabaqlayıb. Təbii ki, burada valideynlərin öncədən körpənin cinsiyyətini öyrənməsi, birbaşa müdaxilə etməsi, qız uşağı istəməmə kimi mənfi halların təsiri var. Lakin bununla belə bu məsələni bu qədər böyük problem halına gətirmək də lazım deyil. Məsələ ondadır ki, doğulan oğlan uşaqlarının 5 faiz nisbətində qız uşaqlarından çox olması yaxşı haldır. Çünki ölkədə ölən insanların cins nisbətinə baxdıqda, kişilərin daha çox olduğunu görmək olar. Yol hərəkət qəzaları, müharibələr və bioloji olaraq kişilərin ölüm halları qadınlardan hər zaman çox olub. Yəni hazırki artım dinamikası, doğulan körpələrin cins nisbəti hər hansı bir təhlükə kəsb etmir.

Tarix
2020.06.30 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla