Yuxarı

276 neftçiyə yeni vəsiqələr verildi - Xidmət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi işinin səmərəliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə 2015-ci ilin mart ayı ərzində Bakı şəhərinin və ölkəmizin bir sıra rayonlarında növbəti səyyar xidmətlər keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, belə ki, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə paytaxtın Qaradağ RPİ, Pirallahı RPŞ-nin, həmçinin Şabran, Sabirabad, Qobustan və Hacıqabul RPŞ-lərin müvafiq bölmə əməkdaşlarının iştirakı ilə baş tutmuş analoji tədbirlərlə adları çəkilən bölgələrin ayrı-ayrı qəsəbə və kəndlərində yaşayan, əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş vətəndaşlar, o cümlədən həddi-büluğa çatmış gənclər, xüsusi diqqət və qayğıya ehtiyacı olan qoca, əlil və xəstə vətəndaşlar yeni sənədlərlə təmin ediliblər.

Paytaxtın Pirallahı rayonu ərazisində, sahildən 40 kilometr aralıda yerləşən Neft Daşlarında da oxşar tədbir keçirilib. Bu zaman 276 neftçiyə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Keçirilmiş səyyar xidmətlər nəticəsində sözügedən rayonların ümumilikdə 1355 sakininə yeni vəsiqələr verilib, 47 nəfərin isə müvafiq sənədləri qəbul olunub.

Mütəmadi şəkildə təşkil olunan belə tədbirlər davam etdirilir.

Tarix
2015.04.01 / 19:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla