Yuxarı

Ən sərt karantin tətbiqi mümkündürmü? – Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən sərt karantin tətbiqi mümkündürmü? – Deputat

Milli Məclisin deputatı Fəzail Ağamalı qaydalara riayət edilmədiyi üçün karantin rejiminin daha da sərtləşdirilməli olduğunu deyib. O, mövcud SMS-icazənin ləğv edilib, ən sərt karantin rejiminə keçilməsini təklif edib.

Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili Fazil Mustafa deyib ki, sərt karantin rejimi tətbiq edilsə, yoluxma sayı xeyli azalar:

“Lakin hazırda bunu etmək mümkün deyil. Çünki sərt karantin rejiminin tətbiq edilməsi insanların iş yerləri ilə bağlı problemin yenidən yaranmasına gətirib çıxaracaq. Məhdudlaşmaya getmək mümkündür, amma ən sərt karantin rejiminə keçmək hazırda heç də doğru qərar olmazdı”.

F.Mustafa vurğulayıb ki, mövcud şəraitdə vətəndaşların qoruyucu vasitələrdən istifadə edib, sosial məsafəni gözləmələri vacibdir:

“Artıq maska taxmayanlar və karantin rejiminin tələblərini pozanlara qarşı cərimələr sərtləşdirilib. Bununla belə, maska taxmayan, sosial məsafə gözləməyən insanlara cəmiyyətimizdə təzyiqlər olmalıdır. Yəni qadağalardan, cərimələrdən öncə insanlar özləri bir-birilərinə irad bildirməlidirlər”.

Tarix
2020.07.01 / 09:13
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla