"Yerli əmək bazarında yeni yaranan peşələr üçün lazım
olan kadrları tapa bimirik. Məcbur oluruq ki, qonşu, bəzən də hətta
qonşu olmayan ölkələrdən peşəkarlar, işçi qüvvəsi dəvət
edək".
Trend xəbər
verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin 5
nömrəli Bakı Peşə Liseyindən xidmət sahələrinə kadr hazırlığı
layihələrinin təqdimat mərasimində bildirib.
Mərasimdə məlumat verilib ki, Təhsil Nazirliyi ilə "Abşeron
Hotel Group" MMC arasında razlaşmaya əsasən, 5 nömrəli Bakı Peşə
Liseyində ekspertlər tərəfindən 430 şagirdə beynəlxalq standartlara
uyğun təlimlər keçiriləcək. Təlimlərin məqsədi I Avropa Oyunlarının
keçirilməsi ərəfəsində bakıda veriləcək yeni beşulduzlu "Bulvar
Hotel" və "İnturist Hotel" mehmanxanaları üçün kadr ehtiyatı
yaratmaqdır.
Layihələrlə tanışlıq mərasimində çıxış edən nazir M.Cabbarov
peşə təhsili sahəsində belə miqyasda təlim layihəsinin ilk dəfə
həyata keçirildiyini deyib. Nazir bu layihənin turizm-xidmət
sahəsinin kadrlarla təmin olunmasına böyük töhfə verəcəyəini
vurğulayaraq təlimlərdən keçən gənclərin Avropa Oyunları ərəfəsində
istifadəyə veriləcək mehmanxanalarda və "Abşeron Hotel Group"
MMC-nin tərkibinə daxil olan digər restoranlar şəbəkəsində işlə
təmin olunmaq şansı qazanacaqlarını da söyləyib:
"Yüksək peşəkarlığa malik işçi hər yerdə qəbul olunur, maddi
rifahı yüksək olur, işəgötürənlər onun üçün rəqabət aparırlar.
Bunun üçün peşə təhsilinin keyfiyyətindən və özümüzə
tələbkarlığımızdan çox şey asılıdır. Bu sahənin təhsil sistemində
xüsusi rolu var. Başlıca səbəb oldur ki, Azərbaycan müsbət
demoqrafik inkişafa malik ölkədir. Əhalinin və gənclərin artımı
ölkənin iqtisadi inkişafına töhfə verir. Onların əmək fəaliyyətinə
hazırlıq keyfiyyəti ölkə iqtisadiyyatının rəqabətə dözmlülüyünü,
mal və məhsulların, təklif olunan xidmətlərin keyfiyyətini
birləşdirir".
M.Cabbarov qeyd edib ki, Azərbaycada iqtisadiyyatın inkişaf
sürəti elədir ki, yerli əmək bazarında yeni yaranan peşələr üçün
lazım olan kadrları tapmaq olmur: "Məcbur oluruq ki, qonşu, bəzən
isə hətta qonşu olmayan ölkələrdən peşəkarlar, işçi qüvvəsi dəvət
edək. Bu baxımdan peşə təhsilinin qarşısında bu yeni imkan və
çağırışdır. Biz o səviyyədə bu işi görməliyik ki, dünyadakı ən
yüksək keyfiyyət standartına uyğun olsun. Bu prizmadan başlanan bu
layihənin böyük önəmi var. Dünyada turizm sahəsində obyektlərin,
hotellərin idarə edilməsində kadr ehtiyacı bu peşə məktəbindəki
kadrlardan istifadə etməklə kadr hazırlığına start veririk. Bir
neçə aydan sonra buradakı gənclər yeni bilik və vərdişlərlə məktəbi
tərk edib, yüksək keyfiyyətli peşəkarlar olacaq və işlədiyiniz
şirkətlərə, eləcə də Vətənimizə xidmət edəcəklər. Bu məsələdə
işəgötürənlərlə peşə məktəbləri arasında sıx əlaqə olmalıdır. Bu
əlaqə olmadan bu işin səmərəsi olmayacaq. "Müasir Azərbaycan
Peşəkarları" layihəsinin qayəsini də bu təşkil edir".
Nazir həmçinin qeyd edib ki, Azərbaycanın tarixində, Avropanın
və dünyanın idman tarixində ilk dəfə olaraq Bakıda Avropa Oyunları
keçiriləcək. O bildirib ki, bu Oyunlara gələcək idmançıların sayı
Qış Olimpiya Oyunlarında iştirak edən idmançıların sayından çox
olacaq: "Ona görə də Azəbaycana gələn qonarlarda ölkə barədə rəy
yaradanlardan biri də bu zaldakı gənclər olacaq. Bu baxımdan sizin
hər biriniz, hər birimiz ölkəmizin səfirləriyik".
"Abşeron Hotel Group" MMC-nin direktoru Mark Harald Ehler isə
çıxışında 2015-ci ilin iyununda keçiriləcək Avropa Oyunları ilə
əlaqədar ölkəmizə idmançılarla birgə çoxsaylı qonaqların gələcəyini
xatırladıb. Bunun üçün xidmət sahələrinin beynəlxalq standartlara
uyğunlaşdırılması ilə yanaşı kadrların peşəkarlıq səviyyəsinin
artırılması da əsas məsələlərdəndir.
Rəsmi hissədən sonra qonaqlar liseydə layihə çərçivəsində
keçirilən təlim prosesini izləyiblər. Daha sonra, tədbir
iştirakçıları "Müasir Azərbaycan peşəkarları" layihəsi çərçivəsində
yeni yaradılmış mühafizəçi kurslarının təlim otaqları ilə tanış
olub, "Eldar studio" şirkəti ilə birgə tədris olunan bərbərlik
ixtisası üzrə təlim prosisini izləyiblər.
Tədbirdə nazirliyin digər rəbər şəxsləri, xidmət sektorunda
fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.