Yuxarı

Azərbaycan tələbələri üçün iş yarmarkası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan tələbələri üçün iş yarmarkası

Mayın 23-də Heydər Əliyev Mərkəzində Azərbaycan Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") və "British American Tobacco" şirkətinin birgə təşkilatçılığı ilə tələbələr üçün ümumrespublika əmək yarmarkası keçiriləcək.

Bu barədə Axar.az-a "AmCham Azerbaijan"dan məlumat verilib.

Bildirilib ki, yarmarka işəgötürənləri, III-IV kurs bakalavr və magistratura tələbələrini bir araya toplamaqla gənclər üçün iş imkanlarını araşdırmağa əlverişli şərait yaradacaq.

Əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübə keçməsinə, həmçinin, onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 100-dən artıq beynəlxalq və yerli şirkətin iştirakı nəzərdə tutulub. Onlar yarmarkaya 300-dən çox vakansiya ilə bağlı məlumatla qatılacaq.

Bundan başqa, ilk dəfə olaraq bu yarmarka çərçivəsində işəgötürənlərlə tələbələr arasında tədbirdən əvvəl əlaqələr yaradılacaq, müəssisələr namizədlər haqqında ətraflı məlumatlandırılacaq və tədbir günü üçün konkret şirkət nümayəndələri ilə müsahibələr təyin olunacaq. Bunun üçün tələbələr xüsusi proqram təminatı vasitəsilə may ayının 1-dək qeydiyyatdan keçməlidir. Bundan sonra şirkətlər müvafiq namizədləri yarmarka zamanı nəzərdə tutulmuş vaxtlarda müsahibəyə dəvət edəcəklər.

Tədbirdə iştirak etmək istəyən tələbələr www.jobfair.az internet səhifəsinə daxil olmaqla qeydiyyatdan keçməlidir.Hazırda sözügedən əmək yarmarkası haqqında Azərbaycanın müxtəlif təhsil ocaqlarında məlumatlandırma görüşləri keçirilir.

Əlavə məlumat üçün qaynar xətt: (+994 55) 282 80 07.

Tarix
2015.04.02 / 12:05
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla