Yuxarı

Bayramlı təsdiqlədi: ən çox yoluxma burda baş verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramlı təsdiqlədi: ən çox yoluxma burda baş verir

Ölkə üzrə 55,1 faiz yoluxma Bakının payına düşür. Paytaxtda ən yüksək yolxuma halı Yasamaldadır - 12,4 faiz.

Axar.az xəbər verir ki, bu sözləri TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bügünkü brifinqində deyib.

Qurum rəsmisinin sözlərinə görə, hazırda karantin rejimin qaydalarına əməl olunmamasına görə ümumi testlər arasında yoluxma halları 11 faiz təşkil edir:

“Yoluxanların 21%-i 50-59 yaş arası, 4%-i 70-79 yaş arası 4 faiz, 5%-i 0-9 yaş arası, 6%-i 10-19 yaş arası, 14%-i 20-29 yaş arası, 18%- 30-39 yaş arası, 15%-i 40-49 yaş arasıdır. Digər ölkələrlə müqayisədə ölkəmizdə qadınlar arasında yoluxmalar daha yüksəkdir - 54 faiz. Bu da yas mərasimlərinə toplaşmaqla bağlıdır. Elə yas yeri var ki, orada 84 nəfər yoluxma faktı aşkarlanıb.

Ölkə üzrə aktiv yoluxma halı Bakının payına düşür – 57%. Sumqayıt 15 faiz, Abşeron 14 faiz, Gəncə 3 faizdir. Biləsuvar, Astara, Ağcabədi, Yevlax, Şəki, Cəlilabadda yoluxma hallarında artım müşahidə olunur. Bu isə karantin rejiminə davam etdirilməsinin vacib olduğunu göstərir”.

Qeyd edək ki, Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı rayonlarda təşkil edilən böyük yas mərasimlərinin kütləvi yoluxmaya səbəb olduğu haqda ötən gün paylaşım edib və rəsmi qurumlara müraciət ünvanlayıb.

Tarix
2020.07.03 / 17:27
Müəllif
Axar.az
Digər xəbərlər

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla