Yuxarı

Kərəm Mustafayev buraxılış mərasimində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərəm Mustafayev buraxılış mərasimində - Foto

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov kurslar zamanı kursantların müasir silah nümunələrindən döyüş şəraitində bacarıqla istifadə etmək vərdişlərinə yiyələnmələri üçün müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışların, bütün növ zirehli tank texnikalarından sürücülük və atış çalışmalarının yerinə yetirildiyini bildirib.

Məzunlar adından Toğrul Kərimov söz verib ki, dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq xidmət yerlərində peşəkar hərbçi kimi Vətənin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev muxtar respublikamızda Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlandığı kursları uğurla başa vuran gənclərimizin Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeli qurumlarında xidmətlərini nümunəvi şəkildə davam etdirdiklərini deyib.

K.Mustafayev zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını başa vuran və hər zaman dövlət qayğısını üzərlərində hiss edən məzunları təbrik edərək gələcək xidmətlərində uğurlar arzulayıb.

Çıxışların ardından məzunlara rütbə, sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı imzalanmış əmrlər şəxsi heyətə çatdırılıb, xatirə lövhələrinə buraxılış emblemləri vurulub və tribuna önündən təntənəli keçid olub.

Tarix
2020.07.03 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla