Yuxarı

Bakıda 544 küçə dezinfeksiya edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 544 küçə dezinfeksiya edildi

10:11

Paytaxtda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Axar.az xəbər verir ki, BŞİH-nin şəhər təsərrüfatı üzrə şöbə müdiri Ayaz Hüseynov pandemiya dövründə koronavirusla mübarizə işləri çərçivəsində növbəti dəfə gücləndirilmiş genişmiqyaslı dezinfeksiya işləri aparıldığını bildirib.

Onun sözlərinə görə, İcra Hakimiyyəti tərəfindən dezinfeksiya işlərinə 2 min nəfərə yaxın əməkdaş, 40 ədəd texnika və əlavə olaraq Daxili İşlər Nazirliyi tərəfindən 20 ədəd texnika cəlb olunub.

Bu gün 450-dən çox küçə və prospektin dezinfeksiya olunması planlaşdırılır.

***

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 7-ci dəfə xüsusi kimyəvi maddələrlə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, saat 18:00-a kimi davam edən tədbir zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonlarında ümumilikdə 544 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.

Görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.

Tarix
2020.07.04 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla