Yuxarı

Bu qablar qidalara zəhərli maddələr buraxır - Diqqət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qablaşdırma prosesinin məhsulların saxlanması, daşınması, marketinqi sahəsində əvəzsiz rolu vardır, çünki qablaşdırma məmulatı içərisində olan məhsulu qoruyur, anbarda saxlanmasını, daşınmasını və satışını asanlaşdırır, həmçinin müştərini məhsul barədə məlumatlandırır, məhsulun təmiz və təhlükəsiz şəraitdə daha uzun müddət saxlanmasına imkan yaradır.

Axar.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin elmi-kütləvi materialında bildirilib.

Qeyd olunub ki, qida və qeyri-qida məhsullarının qablaşdırılmasının tarixi qədim dövrlərə gedib çıxır. Qədim dövrlərdə qablaşdırmadan əsasən məhsulların saxlanması və daşınması üçün istifadə edilirdi. Qablaşdırma məmulatı ilk dövrlər kustar üsulla taxta, qamış, dəri, gil və digər materiallardan istifadə edilməklə hazırlansa da, sonralar əhəmiyyəti nəzərə alınaraq daha geniş çeşiddə və sənaye üsulu ilə istehsal olunmağa başladı.

Qablaşdırma məmulatının istehsalında istifadə edilən plastik materiallar ekoloji cəhətdən daha çirkləndirici xammal hesab edilir. Plastik tullantıların təbiətdə çürüyərək torpağa qarışması onillər ərzində baş verir. Həmçinin günəş şüalarının təsirindən plastik tullantıların təbiətə buraxdığı uçucu toksiki maddələr uzun illər atmosferə çirkləndirici təsir göstərir. Buna baxmayaraq, hazırda dünyada plastik qablaşdırma materiallarının istehsalı milyard tonlarla ölçülür. İstehsalının ucuz başa gəlməsi, asanlıqla təkrar emal edilməsi, geniş spektrdə və fərqli formalarda tətbiq edilməsi onların geniş yayılmasına şərait yaradır. Təbiətə vurulan zərərin qarşısını almaq məqsədilə son illər bir sıra dünya ölkələri plastik qablaşdırma məmulatının istehsalından mümkün qədər imtina etməyə çalışırlar.

Qablaşdırma məmulatının ekologiyaya vurduğu zərərlə yanaşı, qida məhsullarının keyfiyyətinə də təsir göstərir. Belə ki, qablaşdırma materialları qida məhsulları ilə uzun müddət bilavasitə təmasda olduğu üçün onlardan qidanın tərkibinə zərərli maddələr keçə bilər. Məhsulların qablaşdırılmasında istifadə edilən materialların qida üçün təhlükəsiz və təsirsiz olması son illərdə daha da aktuallaşdığı üçün bu sahədə geniş tədqiqatlar aparılır.

Elmi araşdırmalar nəticəsində bir sıra qablaşdırma materiallarının, o cümlədən plastik qablaşdırmaların məhsulların keyfiyyətinə təsir etdiyi, onların istehsalında istifadə edilən maddələrin bir qisminin qidanın tərkibinə miqrasiya etdiyi aşkarlanıb. Müəyyən olunub ki, sintetik xammaldan istifadə etməklə hazırlanan, xüsusən müxtəlif məqsədlər (sərtlik və elastiklik üçün, müxtəlif rəngli məhsulların istehsal edilməsi və s.) üçün istehsal edilən qablaşdırma məhsullarından toksiki maddələr qidaya miqrasiya edir.

Qablaşdırma materiallarından qidanın tərkibinə miqrasiya edə bilən maddələrə ftalatlar, “Bisfenol A”, vinilxlorid, formaldehid, ağır metallar və onlarla digər maddələri misal göstərmək olar və həmin maddələrin çox az səviyyəli qatılıqları insan orqanizminə mənfi təsir göstərə bilər. Belə ki, formaldehid, “Bisfenol A”, ftalatlar insanda daxili sekresiya vəzlərinin fəaliyyətində və endokrin sistemdə bir sıra pozuntuların yaranmasına, sinir sisteminə kəskin toksiki təsir göstərməsinə, eləcə də xərçəng riskinin artmasına aparıb çıxarır.

Bütün bunları nəzərə alaraq, hər bir istehlakçı məhsulu alarkən onun qablaşdırılmasına diqqət yetirməli, təbii xammaldan (şüşə, keramika, kağız və s.) hazırlanmış qablarda satılan qidaya daha çox üstünlük verməlidir.

Tarix
2020.07.05 / 00:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla