Yuxarı

İstirahətə gedərkən polis forması geyindi, həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstirahətə gedərkən polis forması geyindi, həbs edildi

Karantin günlərində postdan polis formasında keçmək istəyən şəxs hakim qarşısına çıxarılıb. Ona 30 sutka həbs cəzası verilib, lakin şəxs bu cəzadan narazıdır.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Xəyal Süleymanlı Nazirlər Kabineti tərəfindən evə qapanma ilə bağlı qərar verilən zaman Qubaya istirahətə gedib. İstirahətdən qayıdanda isə saxlanılıb.

Məlum olub ki, X.Süleymanlı postlardan keçmək üçün polis forması geyinibmiş.

Qubadan qayıdan zaman polis əməkdaşları Xəyalı saxlayıb və şübhələndikləri üçün sənədləri tələb ediblər. Bu zaman Xəyal sənədlərinin evdə olduğunu deyib.

Polis bölməsinə dəvət edilən Xəyalın polis əməkdaşı olmadığı üzə çıxıb.

27 yaşlı Xəyal məhkəmə qərarı ilə həbs edilib. Əməlindən peşman olduğunu desə də, bir faydası olmayıb.

Xəyal barəsində İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydalarını pozma) və 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçular və prokurorluq işçilərinin xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddələrilə protokol tərtib olunub.

Həm də 1 illik sürücülük hüququndan məhrum edilən Xəyal bu cəzadan şikayət versə də, təmin edilməyib və o, həbsdə qalıb.

Tarix
2020.07.07 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla