Yuxarı

"Bakıda polisə hücum" xəbəri... - Rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bakıda polisə hücum" xəbəri... - Rəsmi açıqlama

Bəzi xəbər saytlarında bir qrup şəxs tərəfindən polis əməkdaşlarının qanunu tələblərinə əməl etməyən şəxslərlə bağlı yayılan görüntülər tərəfimizdən araşdırılıb.

Bu barədə Axar.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər xüsusi karantin rejim qaydalarına bir əməl etmədən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan qanunsuz küçə ticarətilə məşğul olublar:

"Ancaq təəssüf edirik ki, bəzi xəbər saytlarında mahiyyəti ilə uyğun olmayan fakt “polisə hücum” kimi təqdim olunur.

Bununla əlaqədar bildiririk ki, burada polis əməkdaşlarına hər hansı hücum, yaxud müqavimət göstərilməsi iddiaları əsassızdır. Belə ki, Ucar rayon sakinləri olan və hazırda Xətai rayonunda kirayədə yaşayan Mirqalib və Mircavad Əliyev qardaşları xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, mübahisəli vəziyyət yaradıblar. Onların müvafiq icazələrinin olub-olmaması ilə bağlı şəxsiyyətlərini təsdiq edən sənəd tələb edildikdə onlar qəsdən polisin tələbinə tabe olmayıblar. Onlar şəxsiyyətlərini müəyyən etmək üçün polis bölməsinə aparılarkən orada olan qardaşların atası polisin fəaliyyətinə maneçilik törətməyə cəhd edib. Belə olduqda, polis əməkdaşları həmin şəxsləri 36-cı Polis Bölməsinə apararaq, şəxsiyyətlərini müəyyən edərək, hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 454 və 211-ci maddələri ilə inzibati tənbeh tədbiri görülüb".

Tarix
2020.07.08 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstandan AZAL qəzası ilə bağlı vacib açıqlama

WUF13-ün dördüncü günü: Nələr müzakirə olundu?

Bolqarıstan prezidenti Sumqayıtda

Türkiyədə Azərbaycana qarşı yeni kampaniya - Kimlər var?

Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

Köçərlinin vəsatəti təmin edildi: Silinən görüntülər...

Bakı Şəhərsalma Mükafatı təsis edildi

Sahibə Qafarova Rusiyaya getdi

Bayramov AB rəsmisi ilə yeni ikitərəfli sazişi müzakirə etdi

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla