Yuxarı

Millət vəkilindən maraqlı təklif: Gündə iki dəfə icazə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin tətbiq edilən şəhər və rayonlarda əhaliyə istəkdən asılı olaraq gündə iki dəfə olmaqla ümumilikdə 2 saat icazə verilməlidir.

Axar.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib. O bildirib ki, vətəndaşlardan bununla bağlı gələn təkliflərlə əlaqədar Operativ Qərargaha müraciət edib:

“Azərbaycanın bir sıra şəhər və rayonlarında iyunun 21-dən tətbiq edilmiş və sonradan iyulun 20-dək uzadılmış sərtləşdirilmiş xüsusi karantin rejiminin bir sıra sərt tələbləri var. Onlardan da biri budur ki, vətəndaşlar yaşadıqları yeri gün ərzində bir dəfə bir səbəbə və iki saat müddətinə elektron icazə sistemindən razılıq almaqla tərk edə bilərlər. Son dövrdə bir qrup vətəndaş mənə müraciət edərək, həmin vaxtı iki dəfəyə istifadə etməyə razılıq verilməsini xahiş edirlər. Belə ki, bəzi hallarda hansısa məsələlərə dair iki dəfə evdən çölə çıxmaq ehtiyacı yaranır. Müvafiq dəyişiliklər edilməklə vətəndaş ya bir dəfəyə iki saat, ya da özü seçim etməklə gün ərzində 1+1 və ya 0,5 +1,5 saat hesabı ilə iki dəfə evdən çölə çıxa bilər. Bu təklifi məqbul hesab edirəm. Nazirlər Kabineti yanında Operativ Qərargaha müarciət edərək təklifi dəyərləndirməyi və qərarda müvafiq dəyişiklik edilməsini təklif edirəm”.

Qeyd edək ki, bununla bağlı saytımız Nazirlər Kabineti yanında Operativ Qərargaha sorğu göndərib.

Tarix
2020.07.08 / 17:40
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla