Yuxarı

Rusiyadakı diasporumuz ayağa qalxdı: qanlı döyüşlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı dövlət olan Ermənistanın silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizə qarşı hərbi təxribat törətməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı hiddətləndirib.

Axar.az xəbər verir ki, Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev doğma Azərbaycanda, xüsusilə də cəbhə bölgəsində baş verən hər bir hadisənin Rusiyada yaşayan soydaşlarımızın və diaspor təşkilatlarının daim diqqət mərkəzində olduğunu bildirib. Onun sözlərinə görə, Tovuz istiqamətində gedən qanlı döyüşlər əsl erməni təxribatıdır və Rusiya azərbaycanlıları tərəfindən qəti şəkildə pislənilir.

Qeyd edək ki, dünəndən başlayaraq Rusiyadakı həmyerlilərimiz sosial media şəbəkələri və internet resursları vasitəsilə ölkə ictimaiyyətinə Azərbaycanın haqq səsini çatdırmaqdadır.

Təxribatın Dağlıq Qarabağ regionundan 100 kilometrlərlə kənarda – Azərbaycan-Ermənistan sərhəddində baş verməsi, dinc əhalinin yaşadığı məntəqələrin atəşə tutulması, beynəlxalq hüquqa və normalara zidd olmaqla yanaşı, Ermənistan dövlətinin işğalçı mahiyyətini bir daha ifadə edir. Bundan başqa, bu təxribatı törətməklə Ermənistan hakimiyyətinin BMT Baş katibinin COVİD-19 ilə əlaqədar bütün münaqişə və müharibələrin dayandırılmasına dair çağırışlarını sözdə dəstəklədiyini göstərir, beynəlxalq hüquq və çağırışlara qarşı riyakarlığını bir daha nümayiş etdirir.

Soydaşlarımız bildiriblər ki, görüntü naminə danışıqlar aparan ATƏT-in Minsk Qrupunu, bu təxribata, bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə laqeydlik nümayiş etdirən Avropa Şurasını qınayırlar və bütün beynəlxalq qurumlardan Ermənistanın təxribatlarına və işğalçı siyasətinə son qoyulmasını, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ətraf rayonların azad edilməsini, ölkəmizin ərazi bürövlüyünün bərpa olunmasını tələb ediblər.

Tarix
2020.07.13 / 16:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla