Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
9 Avqust 2020


Konstitusiya Məhkəməsi qərar verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Axar.az xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Diplomatik xidmət haqqında” Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci, “Sosial sığorta haqqında” Qanunun 8-ci və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər - Əmək və Əhalinin Sosial Müdafiəsi, Xarici İşlər, Maliyyə nazirliklərinin, Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin mütəxəssisləri tərəfindən təqdim edilmiş yazılı çıxışları, ekspert qismində Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevin yazılı rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 12-ci və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alınmır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Tarix
2020.07.16 / 16:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Reanimasiyada olan korona xəstələrinin sayı açıqlandı

Başçının həyat yoldaşına yüksək vəzifə verildi

Bu dövlət qurumlarının idarəetməsi dəyişir... - Video

Bakı polisi də çimərliklərdə reydə davam edir

Ölkədə koronaya yoluxanların neçə faizi sağalıb?

Zərdabda ad günü təşkil edənlər saxlanıldı

Çimərliklərdə reyd: Bu qaydalara əməl etməyənlər...

Məcburi köçkünlərin məskunlaşdığı ərazi sürüşdü

Beyləqanda avtomobil oğurlayan şəxs saxlanıldı

Ölkəmizdə beynəlxalq sertifikatlı kadrlar hazırlanacaq

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla