Yuxarı

Daha bir kənddə ermənilərin atdığı mərmi qalıqları tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir kənddə ermənilərin atdığı mərmi qalıqları tapıldı

2020.07.16 - 22:44

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:06-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində 1 ədəd mərminin düşməsi barədə məlumatlar daxil olub.

ANAMA-dan Axar.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış 122 mm-lik top mərmisinin (OF-56-1) qalıqları aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin qalıqlarının ətrafında 70 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

***

İyulun 16-da saat 10:10-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində 1 ədəd mərminin düşməsi barədə məlumat daxil olub.

ANAMA-dan bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış 122 mm-lik top mərmisinin (OF-56-1) qalıqları aşkar olunmuş, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Partlamış top mərmisinin ətrafında 80 kv.m əraziyə yerüstü, 10 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Tarix
2020.07.17 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla