Yuxarı

Süni intellekt dini inancımıza necə təsir edə bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süni intellekt dini inancımıza necə təsir edə bilər?

Süni intellektin dini sualların cavablandırılmasında geniş istifadəsi dini qurumları narahat etməyə başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də şəriətdə süni intellekt məsələsinə xüsusi diqqət ayrılmasının və müftilərin bu mövzuda görüşünün vacibliyini bildirib.

Bu sözləri Axar.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

Onun sözlərinə görə, insanlar getdikcə dini, mənəvi və əxlaqi sualları imam, keşiş və ya ravvin əvəzinə çatbotlara ünvanlaya bilərlər:

“Bu isə süni intellekti sadəcə informasiya vasitəsi deyil, məna istehsal edən bir aktora çevirə bilər. Əsas narahatlıqlardan biri Sİ-nin insanı rahatlaşdırmağa və onun fikirlərinə uyğunlaşmağa meylli olmasıdır. Halbuki dinlər yalnız rahatlıq deyil, səbir, intizam, məsuliyyət, icma və insanın öz arzularını məhdudlaşdırmasını da önə çəkir. Bu səbəbdən Sİ-nin dini tədricən fərdiləşdirərək “mənim inancım, mənim şərhim, mənim dinim” yanaşmasını gücləndirə biləcəyi düşünülür”.

Onun sözlərinə görə, məsələ bununla da bitmir:

“Artıq dini-mənəvi dünyagörüşlər əsasında xüsusi Sİ sistemləri hazırlanır və bəzi tədqiqatçılar süni intellektlə qarşılıqlı əlaqədən yeni mənəviyyat və hətta yeni dini cərəyanların yarana biləcəyini bildirirlər.

Digər tərəfdən, Sİ dini qurumlar üçün ciddi imkanlar da yaradır: inzibati işləri sürətləndirmək, dini mətnlərin araşdırılmasına kömək etmək, maarifləndirməni genişləndirmək və din xadimlərinə insanlarla daha çox ünsiyyət qurmaq üçün vaxt qazandırmaq mümkündür”.

Beləliklə, əsas sual artıq “Din süni intellektdən istifadə edəcəkmi?” deyil. Daha mühüm sual budur: “Süni intellekt insanın Tanrı, ölüm, əxlaq, günah və həyatın mənası haqqında düşünmə prosesinə necə təsir edəcək?”

Çünki süni intellekt tərəfsiz deyil. Onun cavabları təlim aldığı məlumatların, proqramlaşdırma prinsiplərinin və onu yaradan insanların dəyərlərini müəyyən dərəcədə əks etdirir. Buna görə dini qurumlar artıq yalnız Sİ-dən necə istifadə etməyi deyil, gələcəyin süni intellektində hansı insan və dünya təsəvvürünün formalaşacağını da müzakirə etməyə başlayırlar”.

Tarix
2026.09.16 / 09:00
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

Yalnız Bakı Ermənistanı Putinin əlindən ala bilər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla