Yuxarı

Bacısının başını kəsən qızdan son xəbər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bacısının başını kəsən qızdan son xəbər - Foto

Ötən ilin oktyabrında Bakıda bacısı Günelin boğazını kəsərək öldürən Pərvanə Nuriyevanın istintaqı yekunlaşıb.

Axar.az xəbər verir ki, məhkəmə - psixatrik ekspertiza təyinatından sonra onun müalicəsi davam etdirilir. İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov da Pərvanə ilə görüşündən sonra qatilin psixoloji pozuntuları olduğunu qeyd etmişdi. Həmçinin, qızın ifadəsində "Yuxuda dedilər ki, vaxtı çatıb, qalx, öldür" deməsi də onun ruhi vəziyyətinin normal olmadığı qənaəti yaradır. Əgər ekspertiza P.Nuriyevanın cinayəti törədərkən güclü ruhi həyəcan keçirdiyi müəyyən etsə, məhkəmə onun barəsində məcburi müalicəyə göndərmək hökmü çıxara bilər.

Ancaq ekspertizanın nəticələri ictimaiyyətə açıqlanmır. Son xəbərə görə, məhkəmə prosesi qapalı keçirilir və ictimailəşdirilməsi məqsədəuyğun sayılmır. Qızların atası, Şəkidə tanınmış iş adamı və bələdiyyə üzvü olan Etibar Nuriyev hadisənin konfidensial saxlanmasını istəyib.

Qeyd edək ki, əslən Şəkidən olan bacılar Bakıda musiqi təhsili alırdı. P.Nuriyeva ilkin ifadəsində bacısının lesbiyan olduğunu, evə qadınlar gətirdiyini deyərək onu bu yoldan çəkindirməyə çalışdığını söyləyib. Onun dediyinə görə, bacısı bu xəbərdarlıqlara məhəl qoymadığı üçün onu öldürüb. İkinci açıqlamada isə yuxuda ona hökm gəldiyini və ona görə oyanıb bacısının başını kəsdiyini bildirib.

Tarix
2015.04.07 / 01:39
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla