Yuxarı

AA Tovuzdakı mövqelərimizdə - Xüsusi reportaj

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Anadolu agentliyi (AA) Ermənistan tərəfinin Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə qarşı hücum cəhdləri və hazırkı vəziyyətlə bağlı cəbhə bölgəsindən xüsusi reportaj yayıb.

Axar.az xəbər verir ki, “AA döyüşlərin baş verdiyi Azərbaycan-Ermənistan sərhədində” sərlövhəsi ilə təqdim olunan reportaj Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq ələ keçirmək istədikləri mövqelərimizdən hazırlanıb.

Diqqətə çatdırılır ki, döyüşlər dayansa da, gərginlik davam edir. Azərbaycan Ordusunun düşmənlə üz-üzə səngərdəki zabit və əsgərlərinin fikir və düşüncələrini türkdilli oxuculara çatdıran agentlik yazını “Erməni gücləri bir addım belə ata bilməyəcək”, “Türkiyənin dəstəyini hər dəqiqə hiss edirik”, “Minlərlə gənc könüllü olaraq əsgərliyə yazıldı”, “Ermənistan iyulun 12-də hücuma cəhd göstərmişdir” kimi altbaşlıqlarla təqdim edib.

Yazıya əlavə edilən videomaterial və fotolar oxucuda Azərbaycan Ordusunun gücü və qüdrəti barədə aydın təsəvvür yaradır. Düşmənin hər bir addımının, hərəkətinin dəqiqliklə müşahidə edildiyini və adekvat cavab verildiyini ifadə edən hərbçilərimiz göstərdiyi mənəvi psixoloji dəstəyə görə qardaş Türkiyəyə səmimi minnətdarlıqlarını ifadə ediblər.

Tarix
2020.07.19 / 16:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla