Yuxarı

Nazirin adına Feysbukda saxta hesab açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsində Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun adına naməlum şəxslər tərəfindən saxta səhifə açılaraq, orada təhrif olunmuş yanlış məlumatlar yerləşdirilib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

“Bununla əlaqədar sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırırıq ki, həmin səhifə saxtadır və oradakı paylaşımlar kimlərinsə uydurmasından başqa bir şey deyil. Məlumat üçün bildiririk ki, Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə rəsmi səhifələri mövcuddur və bundan başqa nazirliyin ümumiyyətlə heç bir əməkdaşının sosial şəbəkələrdə səhifəsi yoxdur. Odur ki, vətəndaşlarımızdan təxribat məqsədilə yaradılan belə saxta səhifələri izləməmələrini, yalnız DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrindən istifadə etmələrini xahiş edirik”, - məlumatda qeyd olunub.

Nazirlik internet istifadəçilərinin diqqətinə bir daha çatdırır ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq dörd ilə yaxındır fəaliyyət göstərir. Qeyd olunub ki, vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından Feysbuk, İnstaqram, Tvitter və Yutub hesablarına keçid işarələrindən istifadə edərək, yaxud aşağıdakı linklər vasitəsilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər: https://www.facebook.com/polisazerbaycan , https://www.instagram.com/polisazerbaycan/ , https://twitter.com/polisazerbaycan , https://www.youtube.com/polisazerbaycan

Tarix
2020.07.20 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla