Yuxarı

Dilimizin orfoqrafiya lüğəti ilə bağlı yeni xəbər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dilimizin orfoqrafiya lüğəti ilə bağlı yeni xəbər - Foto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb.

Axar.az xəbər verir ki, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Humanitar və İctimai Elmlər Bölməsində dilçi alimlərin iştirakı ilə siqnal variantının müzakirəsi keçirilib.

Akademik İsa Həbibbəyli lüğətin Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlandığını, müəyyən edilmiş normalara ciddi surətdə əməl olunduğunu bildirib.

Müzakirədə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, müəssisənin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli, filologiya üzrə fəlsəfə doktorları - “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Mehman Həsənli çıxış edərək nəşrlə bağlı müəyyən təklifləri irəli sürüblər.

Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1929-cu ildən bu günədək Dilçilik İnstitutunda hazırlanaraq nəşr olunub. Orfoqrafiya lüğətinin yeni nəşri də Dilçilik İnstitutunun lüğətçilik üzrə ixtisaslaşmış tanınmış dilçi alimləri və mütəxəssisləri tərəfindən hazırlanıb.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” sentyabrda oxuculara və ictimaiyyətə təqdim olunacaq.

Tarix
2020.07.30 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla