Yuxarı

Bu halda hökumət karantin tətbiq etməz - Harmancı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu halda hökumət karantin tətbiq etməz - Harmancı

Fevral ayının sonunda ilk yoluxma faktı qeydə alındıqdan sonra biz ÜST-ün missiyasını ölkəyə dəvət etdik.

Axar.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı onlayn mətbuat konfransında deyib.

"Missiya üzvləri bir çox mövzularda müşahidələr apardılar və öz fikirlərini bildirdilər. Onlar 5 ay ərzində xəstəxanaları gəzib, xəstələri aşkarladılar. Nümayəndə heyəti öz tövsiyələrini hökumətə təqdim etdikdən sonra işlər aparıldı", - o bildirib.

H.Harmancı qeyd edib ki, cari missiyanın apardığı müşahidələrə əsasən, mart ayında gələn missiyanın tövsiyələri yerinə yetirilib və nəticələr var:

"10 gün ərzində mütəxəssislərimiz ciddi işlər aparıldığını müşahidə etdilər. Xüsusilə əhalinin davranışı diqqət çəkdi. Vəzifəli şəxslərdən tutmuş texniki işçilərə qədər, hər kəs dayanmadan işləyir. İnsanlara qayğı göstərib müalicə etmək, cədvəllər, statistika və hesablat hazırlıqları davam edir. Bu insanlar Azərbaycanda COVİD-19-a qarşı mübarizənin görünməyən qəhrəmanlarıdır, onlara təşəkkür edirik".

Hande Harmancı bildirib ki, səhər hökumətlə brifinq keçirilib və müzakirələr aparılıb:

"Hesabat qarşıdakı həftə təqdim olunacaq. Biz virusla mübarizədə kömək üçün buradayıq. Hökumətin tədbirlərinin əsas səbəbi xəstəliyin insandan insana ötürülməsini məhdudlaşdırmaqdır. Bu isə insanlar arasındakı fiziki məsafəni azaltmaqla mümkündür. Evdə qalmaq bu məsafəni azaltmaq üçündür. Maska taxmaq da bu tədbirlərdən biridir. Lakin hər yumşalma ərəfəsində virusa yoluxanların sayı artır. Əgər insanlar maska taxsa, xəstə olduğu zaman özünü izolyasiya etsə, hökumət karantin rejimi tətbiq etməz. Bu tədbirlərə riayət etməliyik ki, sağlam qalaq".

Tarix
2020.07.31 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Overçuk Şahin Mustafayevə təşəkkür etdi

Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla