Yuxarı

XİN-dən Mnatsakanyana cavab: Təxribatçı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-dən Mnatsakanyana cavab: Təxribatçı...

Ötən gün Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimin qondarma “naziri” ilə görüşündə Azərbaycan-Ermənistan beynəlxalq sərhədində təcavüzkar Ermənistanın hücum cəhdini müzakirə etməsi bu ölkənin növbəti təxribatçı addımıdır. Aydındır ki, qondarma qurumla oyuncaq görüşün keçirilməsi özünü aldatmaqdan başqa bir şey deyildir.

Axar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"O ki qaldı gərginliyin azaldılması və atəşkəsə riayət olunması məsələsinə, atəşkəs münaqişənin həlli deyil, atəşkəsin məqsədi münaqişənin əsas fəsadlarının aradan qaldırılması, ilk növbədə isə beynəlxalq birliyin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması üçün hərtərəfli və mahiyyət üzrə danışıqların başlanmasına zəmin yaradılmasından ibarətdir.

Atəşkəs mexanizmləri Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması çərçivəsində texniki məsələ kimi nəzərdən keçirilməlidir.

Əgər Ermənistan həqiqətən sülhə nail olmaq istəyirsə, o zaman atəşkəsin pozulmasının səbəbi olan Ermənistanın işğal faktına və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoymalıdır", - XİN rəsmisi vurğulayıb.

Tarix
2020.08.01 / 18:04
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla