Yuxarı

Rayonlara gediş-gəliş tezliklə bərpa olunmalıdır! - Həkim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rayonlara gediş-gəliş tezliklə bərpa olunmalıdır! - Həkim

Mənim bir neçə tanışım müvafiq yoxlamadan keçərək Türkiyəyə-Bodruma, Antalyaya istirahətə gediblər. Yeri gəlmişkən orada vəziyyət heç də ürəkaçan deyil. İnsanlara xaricə kurort yerlərini getməyə icazə verildiyi halda rayonlara gediş gəlişə qoyulan məhdudiyyətlər absurddur.

Axar.az Mediapost.az-a istinadla xəbər verir ki, bunu həkim-nevroloq Qalib Əsədov deyib. Onun sözlərinə görə, insanlar rayona gedib təbiət qoynunda dincəlsələr, virusa yoluxma ehtimalı da azalar:

“Nə qədər kəndlərinə, rayona həsrət yaşlı insan var, nə qədər rayonlarda xəstələr var. Hansı ki bu qadağaya görə əziyyət çəkirlər. Onsuz da rayona gedən insanlar təbiətin qoynunda istirahət etmək istəyir, bir yerə toplaşmır, vaxtının çoxunu həyət-bacasında keçirir. Rayonlarda çox sayda xroniki xəstələr var ki, vaxtaşırı mayinəyə gəlməlidirlər. Onlar isə göndəriş almaqla bağlı ciddi problemlər yaşayırlar.

Rayonlara gediş-gəlişin məhdudlaşdırılması tezliklə aradan qaldırılmalıdır. İnsanlar məzuniyyət götürüb istirahət etsələr, həm qışa daha hazırlıqlı olarlar, həm də Bakının yükü, sıxlığı azalar və virusa yoluxmaq ehtimalı azalar”.

Tarix
2020.08.07 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla