Yuxarı

Sabahdan Bakının bu kəndinə Bakı Bus işləyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabahdan Bakının bu kəndinə Bakı Bus işləyəcək

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə M1 A, M2 A və M8 ekspress xətləri sabahdan fəaliyyətə başlayır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Axar.az-a verilən məlumata görə, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspress xətlər üzrə Bakı Bus MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq.

Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq. Bir neçə gündür test rejimində fəaliyyət göstərən M1 A və M2 A ekspress xətti üzrə avtobuslar mövcud M1 və M2 xəttinə dəstək xarakteri daşıyır. M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa, Zabrat, Sabunçu və bu istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik 13000 sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 9 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.

Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M8 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.

BNA nəzərə çatdırır ki, M9 və M10 ekspress xətti üzrə avtobuslar qarşıdakı günlərdə fəaliyyətə başlayacaq.

Tarix
2020.08.09 / 15:17
Müəllif
Axar.az
Digər xəbərlər

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla